• 13 Noyabr 2024
logo
AMB: Əksər banklar rəqəmsal identifikasiya sisteminə inteqrasiya olunub

AMB: Əksər banklar rəqəmsal identifikasiya sisteminə inteqrasiya olunub

Azərbaycanın əksər bankları rəqəmsal identifikasiya sisteminə inteqrasiya olunub.

Bunu “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, hazırda bu sistem vasitəsilə məsafədən bank hesablarını açmaq, ödəniş kartlarını əldə etmək mümkündür: “Hazırda göstərilən bank xidmətlərinin əhatə dairəsini genişləndirməsi və çeşidlərinin artırılması istiqamətində işlər aparılır və qısa zamanda nəticəsi elan olunacaq”.

F. Osmanov həmçinin əlavə edib ki, artıq qeyri-rezidentlər tərəfindən bank hesablarını ölkəyə gəlmədən açılması imkanı yaradılıb.