• 7 Dekabr 2021
logo
Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Ukrayna baş nazirinin müavini Aleksey Reznikov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib ki, tərəflər Ukrayna ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlığın bütün sahələrini uzunmüddətli perspektivdə dərinləşdirmək məqsədilə bir sıra məsələləri geniş müzakirə ediblər.