• 18 Noyabr 2019
logo
add image
Azərbaycan Pasportlar indeksində mövqeyini yaxşılaşdırıb

Azərbaycan Pasportlar indeksində mövqeyini yaxşılaşdırıb

Azərbaycan “Henley & Partners” şirkətinin Pasportlar indeksində mövqeyini yaxşılaşdırıb.
Trend-in məlumatına görə, oktyabrın 1-i dərci olunan reytinqdə Azərbaycan iki pillə yüksələrək 76-cı yerdə qərarlaşıb.
Bununla belə, Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayında dəyişiklik olmayıb. Azərbaycan pasportu əvvəlki kimi 66 ölkəyə vizasız səfər etməyə imkan verir. Reytinqdə digər ölkələrin geriləməsi ilə əlaqədar Azərbaycan yüksələ bilib.
Pasportlar indeksində birinci yerdə əvvəlki kimi Yaponiya və Sinqapur qərarlaşıb. Bu ölkələrin pasportu ilə 190 ölkəyə vizasız səfər etmək olar. İkinci yerdə Almaniya, Finlandiya və Cənubi Koreya (188 ölkə), üçüncü yerdə Danimarka, İtaliya, Lüksemburq (187 ölkə) qərarlaşıb.