• 21 Noyabr 2019
logo
add image
Builki siyahıyaalma əvvəlkilərdən fərqlənir - Nə ilə?

Builki siyahıyaalma əvvəlkilərdən fərqlənir - Nə ilə?

Oktyabrın 1-dən 10-dək keçirilən əhalinin növbəti siyahıyaalmasında sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb.
Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Komitə sədri bildirib ki, builki siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir: "Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb".
Qeyd edək ki, bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır. Siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək. Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib.
Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edil