• 7 Dekabr 2021
logo
Naxçıvanın ÜDM-i 0,6% artıb

Naxçıvanın ÜDM-i 0,6% artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,6% artaraq 557 426,3 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk rübündə Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,3% artaraq 1 207,1 manat təşkil edib.

Muxtar Respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-mart aylarında sənaye üzrə 257 037,8 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyir.