• 3 Dekabr 2021
logo
Aİ-də qaz hasilatı ötən il 23% azalıb

Aİ-də qaz hasilatı ötən il 23% azalıb

Ötən il Avropa İttifaqında (Aİ) təbii qaz hasilatı əvvəlki illə müqayisədə 22,8% azalaraq 54 mlrd. kubmetr təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Komissiyasının Avropanın qaz bazarlarına dair rüblük hesabatında deyilir.

2020-ci ildə Aİ-də qaz hasilatı 2019-cu ildəki 70 mlrd. kubmetrdən 54 mlrd. kubmetrə enib. Ötən ilin IV rübündə isə hasilat 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15% azalaraq 14 mlrd. kubmetr təşkil edib.

Niderland 2020-ci ilin IV rübündə 6,2 mlrd. kubmetr qaz istehsal edib ki, bu da bir il əvvələ nisbətən 17% azdır. İkinci ən böyük istehsalçı Rumıniya (2,4 mlrd. kubmetr), üçüncü Polşa (1,5 mlrd. kubmetr), dördüncü isə Almaniya (1,1 mlrd. kubmetr) olub.