• 8 Dekabr 2024
logo
Sığorta sektorunun üçillik inkişaf strategiyası təsdiqlənib

Sığorta sektorunun üçillik inkişaf strategiyası təsdiqlənib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı üçillik strategiyanı təsdiqləyib

Trend bu barədə ASA-ya istinadən məlumat verir.

Sənəd 2021-2023-cü illəri əhatə edir və 8 strateji hədəfdən ibarətdir.

Üçillik strategiya sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, bu sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi kimi istiqamətləri əhatə edir.

(Tərcümə: Orxan Nəbiyev)