• 8 Dekabr 2024
logo
EIA ABŞ-da neft hasilatı üzrə proqnozunu azaldıb

EIA ABŞ-da neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə neft hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, cari il ABŞ da gündəlik neft hasilatı 11,04 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,15 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Proqnoza əsasən, gələn il ABŞ-da gündəlik neft hasilatı 11,86 mln. barel təşkil edəcək, bu da ötən proqnozdan 160 min barel azdır.

Qeyd edək ki, ötən il EIA-in hesablamalarına görə, ABŞ-da ortalama gündəlik neft hasilatı 11,31 mln. barel olub.