• 8 Dekabr 2024
logo
Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".