• 22 May 2025
logo
Naxçıvanda sənayenin kreditləşməsi ötən il kəskin artıb

Naxçıvanda sənayenin kreditləşməsi ötən il kəskin artıb

Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı istiqamətində ötən il bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 18,5 mln. manatdan çox kreditlər verilib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu da 2019-cu ildəki göstəricidən 69,6% çoxdur.

2020-ci ildə 325,3 mln. ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub ki, bu da bir il öncəki göstəricidən 0,6% çoxdur.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ildə sənaye sahəsində 16913 nəfər işçi çalışmışdır ki, bu da 2019-cu ildəki müvafiq göstəricidən 150 nəfər çoxdur.

Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2019-cu ildəki göstəriciyə nisbətən 3,8% artaraq 431,8 manat təşkil edib.