• 6 Dekabr 2021
logo
"Moody's" CQD-nin reytinq üzrə proqnozunu yüksəldib

"Moody's" CQD-nin reytinq üzrə proqnozunu yüksəldib

"Moody's Investors Service" ("Moody's") şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) xarici valyutada olan təmin edilməmiş üstün reytinqi üzrə uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "müsbətə" yüksəldib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, QSC bütün xarici valyuta borcları barədə açıq şəkildə zəmanət alıb.

Qeyd edək ki, "Moody's" bu gün həm də Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib və reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib.

Xatırladaq ki, bundan əvvəl, "Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada olan təmin edilməmiş üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləmişdi.

"Cənub Qaz Dəhlizi" Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. SOCAR-ın layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.