• 8 Dekabr 2024
logo
Azərbaycan bu il Stavropol taxılının əsas idxalçısı olub

Azərbaycan bu il Stavropol taxılının əsas idxalçısı olub

Bu ilin əvvəlindən bəri Rusiyanın Stavropol diyarı yaxın və uzaq xaricdəki ölkələrə 95,6 min tondan çox taxıl ixrac edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Stavropol diyarı və Qaraçay-Çərkəz Respublikası İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Azərbaycana ümumi həcmin təxminən 65 min tonu (buğda, qarğıdalı, noxud, yulaf və günəbaxan) ixrac olunub. Gürcüstana 16,5 min tondan çox buğda və yulaf tədarük olunub. Ümumi çəkisi 656 ton olan buğda, küncüt və noxud partiyası isə Ermənistana göndərilib.

İxrac olunan kənd təsərrüfatı məhsulları sırasında xardal da yer alıb. Bu ilin I rübündə Stavropol istehsalçıları xaricə 373 ton xardal satıblar. Bu məhsulun əsas idxalçıları Belarus, Almaniya və Polşa olub.