• 3 Dekabr 2021
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 74 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 74 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 74,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 7,2% və ya 5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.