• 30 Noyabr 2021
logo
Azərbaycandan Rusiyaya bitki məhsullarının ixracı ilə bağlı müzakirələr aparılıb

Azərbaycandan Rusiyaya bitki məhsullarının ixracı ilə bağlı müzakirələr aparılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında bitki məhsullarının Rusiya ərazisinə ixracı ilə bağlı məsələlər müzakirə olunub.

“APA-Economics”in “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, görüşdə AQTA qarşı tərəfə bildirilib ki, hazırda ölkənin qərb hissəsində fərdi təsərrüfatların bir hüquqi şəxsə birləşdirilməsi proseduru həyata keçirilir. Yeni təşkilati struktur istehsal olunan məhsulların fitosanitar vəziyyətini bütün zəncir boyunca – istixanadan idxalçılara qədər izləməyə imkan verəcək.

Tərəflər Azərbaycan müəssisələrinin AQTA-nın zəmanəti ilə istehsal sahələrindən Rusiyaya pomidor tədarük etməsinə video-yoxlamalar aparmadan icazə vermə imkanlarını müzakirə ediblər. “Rosselxoznadzor” bu ərazilərdə zərərvericinin olmadığını təsdiqləyən sənədləri aldıqdan sonra Azərbaycan tərəfinin təklifinə baxmağa hazır olduğunu bildirib.
Dialoqun digər mövzusu iki ölkənin fitosanitariya sahəsindəki informasiya sistemlərinin inteqrasiyası olub. Tərəflər bu işin əhəmiyyəti barədə razılığa gəlib və texniki mütəxəssislər səviyyəsində dialoqa ehtiyac olduğunu qeyd ediblər.