• 9 Dekabr 2024
logo
Ceyhan terminalı ilə ilin əvvəlindən 53 milyon bareldən çox AÇG nefti yola salınıb

Ceyhan terminalı ilə ilin əvvəlindən 53 milyon bareldən çox AÇG nefti yola salınıb

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,624 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 733 tanker yola salınıb.

2021-ci ilin birinci rübündə Ceyhan neft terminalından 74 AÇG nefti daşıyan tanker və ya 53,6 milyon barel neft yola salınıb.