• 11 Dekabr 2023
logo
Azərbaycanın tədiyə balansının kəsiri ötən il ÜDM-in 4,7%-nə bərabər olub

Azərbaycanın tədiyə balansının kəsiri ötən il ÜDM-in 4,7%-nə bərabər olub

2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4.4 mlrd. dollar profisit olub).

"APA-Economics" Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilə nəzərən (ö.i.n.) 2,3 dəfə azalaraq 5,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 25,4% azalaraq 5,3 mlrd. dollar məbləğində olub.

Beləliklə, 2020-ci ildə Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 987,7 mln. dollarlıq (ÜDM-in 4,7%-i) kəsir yaranıb.