• 1 Dekabr 2020
logo
Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb

Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb

2019-cu ilin yeddi ayı ərzində Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi həcmi 2,6 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda deyib.
O bildirib ki, Azərbaycanda bank sektoru tədricən bərpa olunur və bunu biznes strukturlarına təqdim edilən kreditlərin həcmi təsdiq edir:
“Bu ilin ilk yeddi ayı ərzində banklar tərəfindən biznes strukturlarına 2,6 milyard manat kredit təqdim edilibsə, ötən il ərzində bu göstərici 4,3 milyard manata bərabər olub”.