• 27 İyul 2024
logo
Yeni avtobuslar hansı istiqamətlərə veriləcək? - Rəsmi cavab

Yeni avtobuslar hansı istiqamətlərə veriləcək? - Rəsmi cavab

Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur:
"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət olunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh Buzovna, Maştağa, Pirşağı istiqamətlərinə avtobusların verilməsi nəzərdən keçirilir".
M.Ağayev qeyd edib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq:
"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir".
M.Ağayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi:
"Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".