• 15 Aprel 2021
logo
Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib

Azərbaycan İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 5 dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səhmdar cəmiyyəti və kiçik dövlət müəssisələri Bakı şəhəri, Sabirabad rayonu və Neftçala şəhərində yerləşir.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.