• 23 Aprel 2024
logo
Dünyanın aparıcı investisiya bankları ötən il gəlirlərini rekord səviyyədə artırıb

Dünyanın aparıcı investisiya bankları ötən il gəlirlərini rekord səviyyədə artırıb

Dünyanın ən böyük 12 investisiya bankının ("Goldman Sachs Group", "JPMorgan Chase & Co.", "Citigroup Inc.", "Bank of America Corp.", "Morgan Stanley", "Deutsche Bank", "Barclays", "Credit Suisse", UBS, "HSBC Bank Plc", "BNP Paribas", "Societe Generale") gəlirləri 2020-ci ildə 28% artıb. Bu, son 10 ildə qeydə alınan ən yüksək artım səviyyəsidir.

"APA-Economics"in "Coalition" analitik şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə, 2020-ci ildə sözügedən bankların gəlirləri 194,2 mlrd. ABŞ dollarına çatıb. İnvestisiya banklarının kapitallarının orta gəlirliyi (ROE) 5,7 faiz bəndi artaraq 13,2%-dək artıb. Bu göstərici son 5 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

"Coalition" qeyd edir ki, aparıcı investisiya banklarının ştatı 2020-ci ildə 1% civarında azalıb.