• 19 Aprel 2024
logo
OPEC+ hasilatın gündəlik 1 mln. barel azaldılması qərarını uzada bilər

OPEC+ hasilatın gündəlik 1 mln. barel azaldılması qərarını uzada bilər

OPEC+ nazirləri, Səudiyyə Ərəbistanının fevral-mart aylarında boynuna götürdüyü neft hasilatındakı əlavə gündəlik 1 mln. barel azaldılmasının aprel ayında da uzadılmasını müzakirə edirlər.

“APA-Economics”in TASS-a istinadən məlumatına görə, eyni zamanda, OPEK-dəki mənbə bildirib ki, Rusiya hasilatını az da olsa, artıra bilər.

“Səudiyyəlilər azaldılmanı gündəlik 1 mln. barelə qədər uzadacaq”, - deyən mənbə əlavə edib ki, Rusiya “bir az artıra biləcək”.

Qeyd olunub ki, aprel ayında fəaliyyət variantları ilə bağlı müzakirələr hələ də davam edir və bu ssenari hələ əsas deyil.