• 19 Aprel 2024
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 44 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 44 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 44,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 mart 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 25,4% və ya 15 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.