• 11 Avqust 2022
logo
Bakının ictimai iaşə dövriyyəsi 9% artıb

Bakının ictimai iaşə dövriyyəsi 9% artıb

Bu ilin yanvar ayında Bakı üzrə ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9% artaraq 72,5 mln. manat olub.

Bakı Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövrü özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Məlumata görə, yanvarda hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 mln. manat təşkil edib.