• 19 Sentyabr 2021
logo
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s

Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s

2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq.

Trend-in məlumatına görə, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatında 4 faiz azalma müşahidə olunmuşdu. 2022-ci ildə isə Azərbaycanda ÜDM-in 3 faiz artması proqnozlaşdırılır.

Eyni zamanda "Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2022-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun ortalama 3,9 faiz artımını proqnozlaşdırıb.