• 15 Aprel 2021
logo
ARDNF-ın "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

ARDNF-ın "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu ilin yanvar-fevralında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 3 538 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 19,5 dəfə azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.

Məlumata görə, ötən ilin yanvar-fevralında (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 69 mln. dollar təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.