• 15 Aprel 2021
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 fevral 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 34,9% və ya 15,3 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.