• 18 Aprel 2021
logo
Azərbaycan və Almaniya neft-qaz sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Almaniya neft-qaz sahəsində əməkdaşlığı müzakirə edib

Almaniya şirkətləri mövcud əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədilə Azərbaycan biznesinin nümayəndələri ilə onlayn işgüzar görüşlər keçiriblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan) "APA-Economics"ə verilən məlumata görə, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycan Energetika Nazirliyinin rəsmiləri, SOCAR, BP, dövlət qurumları və özəl şirkətlərdən biznes nümayəndələri iştirak ediblər.

Tərəflər neft və qaz sənayesi, elektrik cihazları, avtomatlaşdırma və təhlükəsizlik həlləri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdilər. 30 şirkətin iştirakı ilə 70-dən çox işgüzar görüş keçirilib.