• 18 Aprel 2024
logo
ARDNF fevralda valyuta satışını azaldıb

ARDNF fevralda valyuta satışını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2021-ci ilin fevral ayı ərzində 437,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, fevralda valyuta satışında yanvar ayı ilə müqayisədə 32,2% azalma qeydə alınıb. Belə ki, yanvarda ARDNF tərəfindən 644,9 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin fevral ayı (543,4 mln. dollar) ilə müqayisədə isə bu göstərici 19,5% azalıb.

Göründüyü kimi, cari ilin yanvar-fevral ayında Fond tərəfindən satılan valyutanın həcmi 1 082,2 mln. dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur.