• 29 Mart 2024
logo
Azərbaycan yanvarda qızıl ixracından 10 mln. dollaradək qazanıb

Azərbaycan yanvarda qızıl ixracından 10 mln. dollaradək qazanıb

Bu ilin yanvar ayında Azərbaycan 9,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni ayında qızıl ixracının ümumi dəyəri 16,3 mln. dollar təşkil edib. 2020-ci ilin dekabr ayında isə Azərbaycan xaricə 21,9 mln. dollarlıq qızıl tədarük edib. Beləliklə, illik müqayisədə qızıl ixracı 40,5%, aylıq müqayisədə isə 2,3 dəfə azalıb.