• 15 Aprel 2021
logo
Rusiya BTQ ilə Türkiyəyə 500 ton buğda çatdıracaq

Rusiya BTQ ilə Türkiyəyə 500 ton buğda çatdıracaq

Rusiyanın Novosibirsk vilayətinin Kənd Təsərrüfatı Nazirliyi taxıl tədarükü coğrafiyasını genişləndirməyə davam edir.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, keçən həftə Qərbi Sibir Dəmir Yolunun “Tatarskaya” stansiyasından Türkiyəyə 500 ton buğda (10 vaqon) göndərilib. Yüklər Qara dəniz limanlarından yan keçərək, quru yolla çatdırılacaq.

Məlumata görə, nazirlik bu marşrut üzrə malların daşınmasının müddətinin dəniz yolu ilə müqayisədə iki dəfə az (cəm 12 gün) çəkəcəyini bildirib.

Qeyd edək ki, buğda ilə yüklənmiş qatar Rusiyadan Türkiyəyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə çatdırılacaq.

Məlumatda vurğulanır ki, BTQ-dən istifadə Şimali Qafqazın Qara dəniz sahillərindəki limanların yüklənməsinin azaldılmasına imkan yaradır.