• 5 Dekabr 2020
logo
“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin təqdimatı keçirilib

“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin təqdimatı keçirilib

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihəsinin təqdimatı keçirilib. Tədbirdə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Rəsmiyyə Abdullayeva açaraq bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. O, icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verdi.
Tədbirdə çıxış edənlər (“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Əliyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri, i.f.d., dos. Aqil Eyvazov, Azərbaycan Kooperasiya Universitetinin dosenti Vüsalə Nağıyeva, Azərbaycan milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.f.d., dos. Cəlil Quliyev, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov) 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbai tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdılar, bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxış edənlər onu da bildiriblər ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, o cümlədən hökumətin vətəndaşların sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı videoçarxı da nümayiş etdirilib.