• 26 Aprel 2024
logo
Naxçıvan arıçılarına ötən il 528 min manat kredit verilib

Naxçıvan arıçılarına ötən il 528 min manat kredit verilib

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 528 min manat məbləğində kredit verilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində 20 arıçılıq təsərrüfatı yaradılıb, 2 arıçılıq təsərrüfatı genişləndirilib, 3 arıçılıq təsərrüfatının yaradılması işləri davam etdirilib.

Ümumilikdə son beş ildə təsərrüfat subyektlərinə 1,85 mln. manatdan çox kredit verilib.

1 yanvar 2021-ci il tarixə muxtar respublikada 99 935 arı ailəsi mövcud olmuşdur ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 89,7% çoxdur. 2020-ci ildə muxtar respublikada 1485 ton bal istehsal olunub ki, bu göstərici son 10 ildə 2,1 dəfə artıb.