• 26 Aprel 2024
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,35% – 31 961,86 bəndədək, S&P 500 indeksi 1,14% – 3 925,43 bəndədək, Nasdaq indeksi isə 0,99% – 13 597,97 bəndədək yüksəlib.

Avropa fond bazarlarında fevralın 24-də FTSE 100 indeksi 0,50% – 6 658,97 bəndədək, Fransanın CAC-40 indeksi 0,31% – 5 797,98 bəndədək, Almaniyanın DAX indeksi isə 0,80% – 13 976,00 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,04% azalaraq 1 791 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06 artaraq 1,2165 dollar təşkil edib.