• 26 Aprel 2024
logo
KOBİA: Biznesin maliyyə resurslarına əlçatanlığı problemi hələ də mövcuddur

KOBİA: Biznesin maliyyə resurslarına əlçatanlığı problemi hələ də mövcuddur

Aparılan sorğular və tədqiqatlar nəticəsində məlum olub ki, sahibkarlığın maliyyə resurslarına əlçatanlığı problemləri hələ də mövcuddur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatları bu faktı təsdiqləyir: "Sahibkarlar tərəfindən qaldırılan əsas problemlər banklarda olan yüksək faiz dərəcələri və regionlarda girov təminatı məsələləridir".