• 24 Aprel 2024
logo
Çin yoxsulluğa tam qalib gəlib

Çin yoxsulluğa tam qalib gəlib

Çin yoxsulluq üzərində tam qələbə qazanıb.

"APA-Economics" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Tsinpin ölkənin yoxsulluğun aradan qaldırılması sahəsində qazandığı uğurlara həsr olunmuş iclasda bildirib.

"Çin Kommunist Partiyası və Çin xalqının səyləri sayəsində ölkəmiz yoxsulluq üzərində tam qələbə qazandı", - deyə o qeyd edib.

Çin Xalq Respublikasının sədri əlavə edib ki, 98,99 mln. kənd sakini yoxsulluq həddini keçib, 832 mahal və 128 min kənd yoxsul bölgələrdən çıxarılıb. Son 8 ildə Çin yoxsulluğa qarşı mübarizəyə təxminən 1,6 trln. yuan (246 mlrd. ABŞ dolları) sərmayə yatırıb.

Ötən ilin may ayında Çin ümumxalq iclasının 3-cü çağırışında 2020-ci ildə yoxsulluğa qarşı intensiv mübarizədə zəfər qazanmaq niyyətində olduğunu elan etmişdi.

"Orta sinif cəmiyyəti" termini ilk dəfə 1979-cu ildə "Çin islahatlarının memarı" Den Syaopin tərəfindən ölkəni modernləşdirmək məqsədi ilə tətbiq edilmişdi. Dünya Bankının məlumatına görə, son 40 ildə Çin 850 milyondan çox insanı yoxsulluqdan xilas edib.