• 20 Aprel 2024
logo
"Şahdəniz"dən qaz ixracı bərpa edilib

"Şahdəniz"dən qaz ixracı bərpa edilib

Azərbaycan qısa dayanmadan sonra "Şahdəniz" yatağından qaz ixracını bərpa edib.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, söhbət qısamüddətli dayanmadan gedir, bir neçə saat ərzində ixrac əməliyyatları bərpa edilib.

İ. Əhmədovun sözlərinə görə, hazırda dayanmanın səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında bu ölkəyə Azərbaycandan qaz ixracının dayandırılması barədə xəbərlər dərc olunub. Buna səbəb kimi "Şahdəniz" qaz-kondensat yatağında hasilatda yaranan problemlər göstərilib.