• 23 Noyabr 2020
logo
Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

"Azəralüminium" MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb. Bu məhsulun metaloqrafik strukturu və mexaniki xassələri müasir standartların tələblərinə cavab verir. MMC-dən verilən məlumata görə, istehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır. "Azəralüminium" MMC mövcud potensialdan istifadə edərək, xaricdən alınan texniki avadanlıq hissələrinin ölkə daxilində istehsalının təşkili istiqamətində işləri davam etdirəcək.