• 1 İyul 2025
logo
Əhalinin dollara tələbatı onaylıq maksimuma çatıb

Əhalinin dollara tələbatı onaylıq maksimuma çatıb

Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325,402 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə dollar alışı 47,8% artıb.

Bundan başqa, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67,729 mln. dollar təşkil edib ki, bu da aylıq 30,6%, illik müqayisədə isə 47,6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb.