• 4 Mart 2021
logo
Azərbaycanın bank sektorunun cəmi aktivləri yanvarda cüzi azalıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri yanvarda cüzi azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri 2021-ci ilin yanvar ayının 31-nə 31 944,8 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,3% azdır.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 0,5% azalaraq cari il yanvarın 31-nə 27 224,1 mln. manat təşkil edib. Öhdəliklərin 20 288,5 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 8 079,6 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

Məlumata əsasən, 2021-ci ilin yanvarın 31-nə bank sektorunun cəmi kapitalı 4 720,7 mln. manat təşkil edib və yanvar ərzində 0,5% artıb.