• 19 Oktyabr 2019
logo
add image
Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır və bunun üçün milyardlarla dollar investisiya qoyulacaq.
Bunu Trend-ə "Wood Mackenzie" konsaltinq şirkətinin Xəzər və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.
O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi keçmişə nəzər salmaq və gələcəyə baxmaq üçün bir səbəbdir:
"Məxsus olduğu ölkənin iqtisadi yolunun formalaşmasında aparıcı rol oynayan çox az neft yataqları var. 25 il neft biznesində uzun müddətdir, amma bu "Azəri-Çıraq-Günəşli" ilə bağlı heç yolun yarısı da deyil".
E.Şerman bildirib ki, hazırda həmin yataqdan hasilat təxminən 550 min barel/sutka təşkil edir:
"Nəzərə almaq lazımdır ki, müqavlənin başa çatacağı 2049-cu ilədək, 30 il ərzində hələ milyardlarla barel neft hasil olunacaq və milyardlarla dollar investisiya qoyulacaq. Bu günədək 3,5 milyard barel hasil olunub və 36 milyard dollar investisiya qoyulub".
O əlavə edib ki, 6 milyard dollar dəyərində "Mərkəzi Şərqi Azəri" yatağının işlənməsinin təsdiq edilməsi 25 illik ildönümünün qeyd olunması üçün uyğun səbəb idi:
"Bu son investisiya "Azəri-Çıraq-Günəşli" meqalayihəsinin davam edən təsirini, o cümlədən rəqabətqabiliyyətliliyi və BP ilə tərəfdaşları üçün mənfəətliliyini göstərir. Bu layihə ilə bağlı tikinti və beləliklə də Azərbaycanda məşğulluğun dəstəklənməsi prosesi davam edəcək".