• 26 Aprel 2024
logo
Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Azərbaycan Trans-Xəzər dəhlizi ilə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan vacib layihələrin reallaşdırılması prosesində infrastruktur əhəmiyyətli bütün tapşırıqları yerinə yetirib.
Ş.Mustafayevin sözlərinə görə, gələcək layihələrin reallaşdırılmasına investisiyalar davam edəcək:
“Biz Azərbaycan məhsullarının yeni xarici bazarlara çıxması üçün yük daşımaları sahəsində imkanları genişləndirmək niyyətindəyik. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ixrac imkanlarının artırılması istiqamətində işləri davam etdirəcək”.