• 21 Noyabr 2019
logo
add image
Çin Azərbaycanda şin zavodu tikəcək

Çin Azərbaycanda şin zavodu tikəcək

2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək:
“Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq”.
Qeyd edək ki, CNEEC tikinti və mühəndislik sahələrində dünyanın ən iri şirkətlərindən hesab olunur.