• 20 Aprel 2024
logo
Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq:
“2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq”.
Nazir əlavə edib ki, neft hasilatının stabil səviyyəsinin saxlanması əsas hədəfdir.