Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisi işə başlayıb.
Trend-in məlumatına görə, sərgidə Çinin Şensi, Anhoy, Hubey, Suar və digər əyalətlərində istehsal olunan kənd təsərrüfatı, yüngül sənaye, məişət texnikası, tikinti materialları təqdim olunur.
Sərgi iki gün davam edəcək. Sərginin təşkilatçısı Azərbaycan Ticarət-Sənaye Palatası, icraçısı “Huahe International” biznes-konsaltinq şirkətidir.