• 25 Aprel 2024
logo
Gələn il dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər

Gələn il dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər

Gələn ildən Azərbaycanda dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsaitin xeyli artacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, bu il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortaya ayrılan vəsait məsələsinə daha ciddi diqqət yetiriləcək, çünki dövlət maliyyə təminatının böyük hissəsini öz üzərinə götürüb.