• 28 Mart 2024
logo
Azərbaycanda maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

Azərbaycanda maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, siyahının 3-cü hissəsində “Təbii qaz” sözləri “Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı” sözləri ilə əvəz edilib.
Həmçinin dəyişikliyə əsasən, siyahının 4-cü (Maye qaz (topdansatış)) və 11-ci (Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri) hissələri ləğv edilib.