• 19 Oktyabr 2019
logo
add image
Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.
Dövr ərzində 863 ədəd traktor, 1496 ədəd minik avtomobili istehsal olunub.