• 2 Mart 2021
logo
Almaniya alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Almaniya XİN

Almaniya alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Almaniya XİN

Almaniya enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu Trend-ə Almaniya Federal Xarici İşlər Nazirliyindən mənbə bildirib.

Qeyd olunub ki, Almaniya "Cənub Qaz Dəhlizi"ni Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından vacib töhfə hesab edir:

"Avropanın iqlim hədəfləri ilə, eləcə də qlobal səviyyədə yaşıl enerjiyə keçidlə əlaqədar biz enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik".