• 25 Fevral 2021
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 2,05% – 30 303,17 bəndədək, S&P 500 indeksi 2,57% – 3 750,77 bəndədək, Nasdaq indeksi isə 2,61% – 13 270,60 bəndədək enib.

Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 1,30% – 6 567,37 bəndədək, Fransa CAC-40 indeksi 1,16% – 5 459,62 bəndədək, Almaniya DAX indeksi isə 1,81% – 13 620,46 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% azalaraq 1 846,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,51 azalaraq 1,2105 dollar təşkil edib.