• 29 Mart 2024
logo
Azərbaycanda kreditlərin dollarlaşması 2015-ci ildən ən aşağı səviyyəyə enib

Azərbaycanda kreditlərin dollarlaşması 2015-ci ildən ən aşağı səviyyəyə enib

Ötən il Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 5% azalaraq 2021-ci ilin yanvar 1-nə 14,530 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 29,8%-i xarici valyutadadır ki, bu da 2015-ci ilin yanvar ayından bəri (ilk devalvasiya dövrü – red.) ən aşağı göstəricidir. Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).

Qeyd edək ki, yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 mln. manata bərabər olub, onların 26,8%-i xarici valyutadadır.